Məmurun qardaşı oğlu ermən ilə evli imiş: 10 ildən sonra üzə çıxdı - FOTO
Capar.info - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Rauf Vəliyevin ailə çevrəsi ilə bağlı ictimai rezonans doğuran məlumatlar üzə çıxıb.
Söhbət birbaşa sabiq yüksək vəzifəli məmurun özündən deyil, onun birinci dərəcəli qohumu olan şəxsin şəxsi və ailə münasibətlərindən gedir.
Məlumata görə, Rauf Vəliyevin qardaşı oğlu Anar Vəliyev Rusiya vətəndaşıdır və uzun illərdir Moskvada yaşayır. Bildirilir ki, Anar Vəliyev artıq 10 ildən çoxdur erməni əsilli Karina Navasardyanla qeyri-rəsmi, yəni vətəndaş nikahında yaşayır və bu münasibətdən bir övladları var. Qeyd olunur ki, Anar Vəliyev müxtəlif illərdə Azərbaycanda bir neçə dəfə nişanlansa da, nəticədə hər dəfə bu nişanlar pozulub və o, erməni ailəsini üstün tutub.
Mənbələrin iddiasına əsasən, Anar Vəliyev Rusiya xüsusi xidmət orqanlarına yaxın çevrələrlə əlaqələrə malikdir və eyni zamanda erməni diaspor strukturları ilə təmasdadır. Bildirilir ki, onun şəxsi həyatında ciddi nəzarət rejimi mövcuddur. Belə ki, Anar Vəliyev Azərbaycandakı dostları, qohumları və keçmiş nişanlıları ilə əlaqə saxladığı telefonu avtomobilində gizlədir, evə daxil olarkən bu telefonu söndürür, həyat yoldaşının yanında isə yalnız Rusiyadakı çevrəsi və Karina Navasardyanın icazə verdiyi şəxslərlə danışdığı ayrı bir telefon vasitəsilə ünsiyyət qurur.
İddialara görə, bu münasibət Anar Vəliyevin Azərbaycandakı nüvə ailəsinə, eləcə də əmisi Rauf Vəliyevə uzun müddət məlum olub və fakt illərdir ört-basdır edilib. Qeyd edilir ki, kökləri Qarabağın Cəbrayıl rayonundan olan Vəliyevlər ailəsinin böyük əksəriyyəti bu evlilikdən xəbərsizdir və ailənin əksər üzvləri türk düşməni kimi qəbul edilən bir millətlə qohumluğa prinsipial olaraq mənfi yanaşır. Buna baxmayaraq, fakt ondan ibarətdir ki, uzun illər ölkədə yüksək vəzifələr tutmuş bir məmurun qardaşı oğlunun erməni ailəsi mövcuddur.
Məsələ təkcə ailə münasibətləri çərçivəsində qiymətləndirilmir. Ekspertlər bildirirlər ki, Ermənistanla uzunmüddətli münaqişə vəziyyətində olmuş, hələ də sülh müqaviləsi imzalamamış bir ölkə üçün yüksək vəzifəli məmurların birinci dərəcəli qohumlarının bu cür ailə və xarici əlaqələri milli təhlükəsizlik kontekstində risk amili kimi dəyərləndirilə bilər. Xüsusilə Rusiya kimi kəşfiyyat savaşlarının aktiv getdiyi bir ölkədə, erməni diasporu ilə sıx bağlı çevrələrdə yaşayan şəxslərin Azərbaycanla bağlı hər hansı həssas məlumatlara çıxış imkanları cəmiyyətdə haqlı suallar doğurur.
Xatırladaq ki, Anar Vəliyevin əmisi Rauf Göyüş oğlu Vəliyev 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. O, 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1990–1997-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisinə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, idarənin xarici əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışıb, 1997-ci ildən həmin idarənin xarici əlaqələr üzrə müavini olub. Sonrakı illərdə ARDNŞ-də müxtəlif rəhbər vəzifələrdə işləyib.
Azərbaycan Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. O, 2011-ci ildə “Əməkdar mühəndis” fəxri adına, 2018-ci ildə 2-ci dərəcəli “Əmək” ordeninə, 2025-ci il avqustun 11-də isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. 16 yanvar 2026-cı ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. (Musavat.com)
22-03-2022, 16:12
Kərim Vəliyev rusiyalı generalla qanunsuz erməni silahlılarının ərazilərimizdən çıxarılması barədə DANIŞDI
16-11-2021, 11:21
Neftçalanın sabiq icra başçısından XƏBƏR VAR - apellyasiya şikayəti verib
6-11-2018, 16:41
Rauf Vəliyevin ayağındakı KORRUPSİYA – İTTİHAM
24-08-2021, 11:02
Neftçalanın sabiq icra başçısının məhkəməsi keçirildi
19-05-2022, 16:34
Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ
15-01-2019, 16:51
Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı