Bu nazirlikdə maliyyə pozuntuları üzrə icra vəziyyəti açıqlandı

Gənclər və İdman Nazirliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı aparılmış uyğunluq auditi nəticəsində aşkar edilmiş bütün maliyyə pozuntuları və çatışmazlıqlar üzrə qərarların icra vəziyyəti açıqlanıb.
Capar.info bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, atıcılıq idman növü üzrə ezamiyyə günlərinin artıq yazılması və nəzərdə tutulmadığı halda daşınma xərci ilə bağlı artıq ödənilmiş 6 212,2 manat, taekvando idman növü üzrə 176,3 manat, həndbol idman növü üzrə 1 785,0 manat, atletika idman növü üzrə 4 603,8 manat, yelkənli idman növü üzrə aviasiya bileti ilə bağlı 465,5 manat və təkrar ödənilmiş 1 057,7 manat, qılıncoynatma idman növü üzrə 233,1 manat və kamandan oxatma idman növü üzrə təlim-məşq toplanışları zamanı artıq ödənilmiş 120 manat, beynəlxalq reqata yarışlarının keçirilməsi zamanı artıq ödənilmiş 1 830,0 manat məbləğində yemək xərcləri dövlət büdcəsinə bərpa edilib.
Bununla yanaşı, idman geyimlərinin alınması zamanı tutulmamış 4 545,7 manat vergi məbləği, beynəlxalq velosiped turnirinin keçirilməsi zamanı artıq ödənilmiş 957,8 manat, 2022-ci ilin yekunlarına görə 2023-cü ildə sərbəst güləş və yunan-Roma güləşi üzrə mükafatlandırmada artıq ödənilmiş 700 manat vəsait də büdcəyə qaytarılıb.
Hesabatda qeyd olunur ki, “Yerli” gənclərə dəstək layihəsi üzrə keçirilməyən dərs saatlarına görə 44 663,5 manat, Türk Dövlətləri Təşkilatının “Gənclər və idman sahələrinə məsul nazirlərinin 7-ci iclasının keçirilməsi” layihəsi üzrə normalara əməl edilməməsi səbəbindən ƏDV daxil mehmana xərci üçün 10 874,9 manat və əlavə olaraq 1 274,4 manat, İslam Əməkdaşlıq Təşkilatının gənclər və idman nazirlərinin Daimi Şurasının 3-cü iclasının keçirilməsi zamanı normalara əməl edilməməsi səbəbindən yemək xərci üzrə 4 059,2 manat, “II Milli Yaylaq Festivalı”nın keçirilməsi zamanı yemək xərcləri üzrə 13 007 manat artıq ödəniş də dövlət büdcəsinə bərpa olunub.
Eyni zamanda, “Azərbaycan və Rusiyanın I Gənclər Təşəbbüslərinin Forumu”nun keçirilməsi zamanı xidmətlər üzrə dəyərindən artıq ödənilmiş 741,52 manat, “Şahin” hərbi–idman oyununun respublika finalının keçirilməsi zamanı yemək xərcləri üzrə normalara əməl edilməməsi səbəbindən ödənilmiş 6 000 manat, Dünya robot olimpiadası yarışına hazırlıq, yarışdan əvvəl və yarış vaxtı yerinə yetirilməyən işlər üzrə 1 000,0 manat, “Gənclərin Xalq Yaradıcılığı Beynəlxalq Festivalı” zamanı mehmana xərci üzrə 1 356,8 manat və idman azarkeşlərinə artıq ödənilmiş 4 209 manat vəsaitin bərpası da təmin edilib.
Hesabatda, həmçinin mükafatlandırma üçün ayrılmış, lakin istifadə edilməyərək büdcəyə qaytarılmayan 93 000 manat məbləğində vəsaitin dövlət büdcəsinə tam şəkildə bərpa edildiyi qeyd olunub.
Audit zamanı “GəncFest” gənclər festivalı üzrə 31 640 manat, Qoşulmama Hərəkatının Gənclər Sammiti üzrə 20 511,9 manat, “Azərbaycan V Robot” olimpiadası üzrə 26 623,0 manat, “Gənc sahibkarların III Forumu” üzrə 2 383,6 manat və “Şahin” hərbi–idman oyununun respublika finalı üzrə 23 125,0 manat dəyərində xərcə silinmiş və uçota götürülməmiş aktivlərin müvafiq qaydada uçota alındığı bildirilib.
Bundan başqa, əvəzsiz verilərək ərazidə quraşdırılmış 12 519,28 manat dəyərində 1 ədəd LED Screen LED video prosessoru, 2 784,8 manat dəyərində 1 ədəd avtomatik açılıb-bağlanma avadanlığı, alınmış, lakin paylanmamış 127 217,31 manat dəyərində idman geyimləri, eləcə də “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı üzrə 15 683,0 manat dəyərində aktivlər uçota götürülüb.
Hesabatda göstərilir ki, “Texnofest Azərbaycan” çərçivəsində 2 312,8 manat dəyərində dron Binəqədi Gənclər Evinə verilib, 61 973,35 manat dəyərində çatışmayan idman qidaları və bərpaedici vasitələr, 9 675,41 manat dəyərində çap məhsulları, həmçinin tibbi çantalarda 13 095,81 manat dəyərində tibbi vasitələr paylanıb və “Şən Gənc” layihəsi üzrə 25 mart 2024-cü il tarixinə 13 verilişin hazırlanmasına dair təsdiqedici sənədlər təqdim olunub.
Audit nəticələrinə görə, “Azəridmanservis” MMC tərəfindən çatışmayan 1 751 698,59 manat məbləğində vəsait Nazirliyin bank hesabına tam şəkildə bərpa edilib.
Eyni zamanda, xidməti istifadədə olan minik avtomobillərinin sayının hüquqi aktlarla müəyyən edilmiş normalara uyğunlaşdırılması üçün zəruri tədbirlərin həyata keçirildiyi bildirilib.
Hesabatda qeyd olunur ki, əməkhaqqı və mükafatlardan ayrılıqda gəlir vergisinin tutulması nəticəsində 2022-ci il üzrə 5 026,99 manat, 2023-cü il üzrə isə 16 115,19 manat olmaqla, ümumilikdə 21 142,18 manat məbləğində az tutulmuş gəlir vergisinin bərpası qismən icra edilib və icra prosesi davam etdirilir.
Bununla yanaşı, 1 yanvar 2024-cü il tarixinə mövcud olan 5 177 210,88 manat məbləğində debitor borcun, o cümlədən Bakı şəhəri və regionlarda yerləşən gənclər evlərində debat klublarının yaradılması və debat forumunun keçirilməsi ilə bağlı 30 dekabr 2022-ci il tarixində köçürülmüş 72 569,53 manat avans vəsaitinin bağlanması istiqamətində tədbirlər görülür.
Hesabatda, həmçinin müvafiq illər üzrə əməliyyatların məzmununa uyğun olaraq kassa və faktiki xərclərin, eləcə də uçotdan yayındırılmış aktivlərin mühasibat yazılışları ilə maliyyə hesabatlarında əks etdirilməsi üzrə qərarların qismən icra edildiyi qeyd olunub.
Bununla yanaşı, 2022-ci il üzrə 35 966,85 manat, 2023-cü il üzrə isə 30 668 manat məbləğində qabaqcadan ödənilmiş yanacaq xərcləri üzrə mühasibat uçotunda müvafiq müxabirləşmənin aparılmadığı, həmçinin 2023-cü il maliyyə hesabatlarında 888,4 manat məbləğində qalığın əks etdirilmədiyi və bu qərarın icrasının hələ də təmin edilmədiyi bildirilib.
Audit nəticəsində Goranboy, Yardımlı və Tərtər olimpiya idman komplekslərinin Nazirliyin balansından çıxarılması təmin edilib və bu əməliyyatlar 2023-cü il üçün tərtib edilmiş maliyyə hesabatlarında əks etdirilib.
25-12-2021, 20:02
ismayıllı Rayonunda Şəhidlərin Xatirəsinə həsr olunmuş karate-do İdman növü üzrə yarış keçrilmişdi.
22-03-2022, 16:24
Baku TV avarçəkənlərin Suqovuşandakı məşqindən reportaj hazırladı
27-04-2022, 09:57
FHN-in güləş komandası uğurlu nəticələrə imza atıb - FOTO
7-12-2018, 15:35
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
21-04-2021, 09:31
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
9-07-2021, 11:14
Azərbaycan gimnastları karyeralarının ən mühüm yarışına hazırlaşırlar
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı