İcra başçısının “vunderkind” oğlu: Ənvərin lüks avtomobil kolleksiyası - FOTO
Gündəm / Cəmiyyət
Oxunub: 167
3 Mrt 2025 | 21:14
İcra başçısının “vunderkind” oğlu: Ənvərin lüks avtomobil kolleksiyası - FOTO
Capar.info - Azərbaycanda bir vaxtlar məşhur olan “məmurların harınlamış övladları” seriyası sonradan yoxa çıxdı. Bunun səbəblərindən biri dövlətin məsələyə lazımi müdaxiləsi, belə məmurları vəzifədən uzaqlaşdırması, həmçinin, qanunu pozanların qanun qarşısına çıxarılmasıdırsa, digər səbəbi də bir çoxlarının “gizlənməsi”, qınına çəkilərək, yenə eyni harınlığı davam etdirməsidir. Sadəcə olaraq, gözə batmamaq üçün arxa planda qalmağı seçiblər.
İcra başçısının “vunderkind” oğlu: Ənvərin lüks avtomobil kolleksiyası - FOTO
Sabunçunun icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərli (Vəliyev) də onlardan biridir. Məlumatlara görə, icra başçısının oğlu Vəliyev soyadından imtina edərək, sosial şəbəkələrdə Ənvərli kimi olması da gizlənmək və atasının vəzifəsindən sui-istifadə edərək, ələ keçirdiyi pullarla qurduğu biznes imperiyasını qorumaq məqsədi daşıyır. Ənvər Ənvərlinin adı indiyə qədər müxtəlif qalmaqallarda hallanıb. 2019-cu ildə sosial mediada yayılan qeyri-etik görüntülərin əslində Adil Vəliyevin oğluna məxsus olduğu, lakin izi itirmək üçün Rusiyada yaşayan azərbaycanlıların üzərinə atıldığı haqda məlumatlar var.

Ənvər Ənvərlinin adı 44 günlük müharibədən sonra “Fəxri fərman”la təltif olunmasına görə də mediada gündəmə gəlmişdi. O zaman hər kəsi bir məsələ maraqlandırırdı: müharibədə iştirak etməyən icra başçsının oğlu hansı xidmətlərinə görə təltif olunub?!

Bu sual cavabsız qaldı, çünki Ənvər Ənvərlinin müharibə dövründə ölkədə olub-olmaması belə məlum deyildi. Əvəzində o, müharibədən sonra qazilər üzərindən özünün təbliğatını aparmaq istiqamətində də bir neçə addım ata bildi. Misal üçün, qazilərimizdən birinə avtomobil hədiyyə edərək, bunun mediada tirajlanmasını təmin etdi və s.

Ümumiyyətlə bir sual açıq qalır: “fərasətli” Ənvər Ənvərlinin qurduğu biznes imperiyasınının qaynağı haradır?

Əslində, onun biznesinə daxil olan şirkətləri və fəaliyyət sahələrinə diqqət etdikdə hər şey aydın olur.

Ənvər Ənvərli atasının doğulduğu Əfəndilər kəndinin adını daşıyan “Efendiler Group” holdinqinin rəhbəridir. 2007-ci ildən fəaliyyət göstərən şirkət avtomobil və tikinti sektoru üzrə fəaliyyət göstərir. Qrup “Porsche”, “Audi”, “Zeekr”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların distribüteri fəaliyyət göstərir, avtomobillərin satışını, onların ehtiyat hissələri və texniki servis təminatını həyata keçirir.
“Euro Style” multibrend texniki servis mərkəzi – müxtəlif markalı avtomobillərə texniki xidmət göstərən şirkət kimi qrupa daxildir.

“Efendiler Group” şirkəti ölkədə elektromobillər üçün enerjidoldurma mərkəzləri şəbəkəsi yaradılması biznesini də monopoliyaya alıb.

“Efendiler Group”un tikinti sektoru üzrə fəaliyyət göstərdiyi əraziyə baxdıqda da çox şey aydın olur. “Efendiler Group” və “XXI ƏSR” MTK Sabunçuda yaşayış binaları və biznes obyektlərinin inşası ilə məşğul olur. Həmçinin, “Bakıxanov Rezidens Komplekslər Qrupu”na da Ənvər Ənvərli rəhbərlik edir.//xalq.az
12-11-2021, 18:52
Azərbaycanda icra başçısı olmayan rayonlar... - SİYAHI
30-08-2021, 12:10
İcra başçısı olmayan rayonlar: Onların yeri boşdur - SİYAHI
15-01-2019, 16:51
Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov
11-07-2020, 15:57
Daha bir icra başçısı tutduğu vəzifədən azad edildi
11-09-2020, 12:49
Neftçalanın sabiq icra başçısı və digər vəzifəli şəxslərin həbs müddəti uzadıldı
31-07-2022, 17:51
Qazilərə qarşı dələduzluq edən şəxsin icra başçısının qardaşı oğlu olduğu üzə çıxdı - FOTO/VİDEO
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı