Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Gündəm / Dünya
Oxunub: 122
25 Ekm 2024 | 16:24
Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Capar.info - PKK-nın Ankarada Türk Aerokosmik Sənayesini (TUSAŞ) hədəf seçməsi suallar yaradır. Ekspertlər iddia edir ki, Türkiyə hərbi aviasiya sənayesi son illər sürətlə inkişaf edir. Bu isə bir çox gücləri narahat edir.

Terrorçuların Türk Aerokosmik Sənayesinin (TUSAŞ) mühəndislərini yox etmək məqsədi nədir? Rəsmi Ankara strateji sahələrdə çalışan mühəndisləri, kilid adları, simaları niyə gizləyə bilmədi?

Globalinfo.az-a danışan Türkiyənin Bahçeşehir Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib ki, son teraktı anlamaq üçün Türkiyə milli müdafiə sənayesinin son illərdə əldə etdiyi nailiyyətlər və bundan narahat olan qüvvələrə baxmaq lazımdır:

“Türkiyə milliləşmə siyasəti çərçivəsində xüsusilə hərbi sahədə xaricdə olan aslılığı sıfra endirmək istəyir. Ankaranın rəqibləri bu vəziyyətdən narahatdır. Teraktın baş verməsinin ehtimal səbəbləri içərisində bunu da nəzərə almaq lazımdır.

Digər məsələ isə regional faktorlarla bağlıdır. Məlum olduğu kimi, Yaxın Şərqdə qeyri-sabitlik hökm sürür. Türkiyəni bu qeyri-sabitliyin bir parçası etmək istəyirlər. Məsələyə baxdıqda Türkiyənin proseslərdən təsirləndiyini görmək olar. Daxildəki gərginlik və PKK-nın aktivləşməsi həm də bu məsələ ilə bağlıdır”.

Bu gün belə bir yanlış düşüncə var ki, A.Öcalanın Qəndillə təmas qurmasına imkan yaradılıb. MHP başqanı D.Baxçalının son açıqlamaları da bu iddiaları gücləndirdi. Aydın şəkildə görünür ki, bəzi qüvvələr prosesi yalnış təqdim etməyə çalışır.

Qərb mediası hazırda ciddi şəkildə narahatdır və bu istiqamətdə yazılar dərc edir. Bu həm də Qərb dairələrinin narahatlığıdır. Dünyanın gələcəyini geopolitik tutum müəyyən edəcək. Türkiyə qərarvermə ərəfəsindədir. Böyük qüvvələr bu teraktla bir növ Türkiyənin qərar verməsinə təsir etmək istəyir”.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu isə deyib ki, Ankarada baş verən terror hadisəsini məkan seçimindən zamanlamaya qədər bir çox məqamlar üzrə təhlil etmək mümkündür:

“Şübhəsiz ki, bütün bunlar təsadüfi deyil və əvvəldən planlaşdırılan, ciddi terror həmləsi olaraq qəbul edilməlidir. İlk növbədə məkan olaraq paytaxtın, eləcə də paytaxtda yerləşən Türkiyə Aerokosmik Sənayesinin (TUSAŞ) seçilməsi təsadüf hesab oluna bilməz. Vurğulamaq lazımdır ki, qardaş ölkənin hərbi sənayesinin, xüsusilə hava qüvvələrinin son illərdə sürətli inkişafı heç də regionda marağı olan qüvvələri razı salmır. Əslində terror həmləsinin hədəfi olaraq məhz adıçəkilən məkanın seçilməsi həm də bir mesajdır.

Digər məqam terror hadisəsinin PKK ilə bağlı ciddi müzakirələrin getdiyi günlərə təsadüf etməsidir. Öcalanın TBMM-də çıxışı ilə bağlı təklifin ciddi şəkildə müzakirə edildiyi bir zamanda baş verməsi, həm də tez-tez səsləndirilən “PKK Türkiyədə bitib” arqumentinə bəlli qüvvələrin reaksiyasıdır. Bu hücum eyni zamanda mövcud təşəbbüslərə qarşı da bir mesaj olaraq nəzərdən keçirilməlidir.

Başqa bir məqam son günlərdə PKK-ya qarşı Türkiyənin aktiv hərbi əməliyyatlar aparmasıdır. Faktiki olaraq Qərbin projesi olan “kürd zolağı”na qarşı İraq və Suriyanın şimalında aparılan bu əməliyyatlar PKK, eləcə də onun bu ölkələrdə uzantıları olan YPG, PYD, PJAK-a ciddi zərbələr vurmaqdadır.

Hədəf olaraq TUSAŞ kimi strateji müdafiə müəssisəsinin seçilməsi həm də simvolik məna daşıyır. Bu terror həmləsi ölkənin müdafiə sahəsindəki müvəffəqiyyətlərini hədəf almaq və ya zədələmək məqsədi güdə bilər.

Lakin hücumun təkcə PKK tərəfindən planlaşdırılması az inandırıcıdır. Şübhəsiz ki, burada Türkiyəni Yaxın Şərqdə gedən ciddi proseslər fonunda daxildən zəiflətməyi qarşısına məqsəd qoyan xarici xüsusi xidmət orqanlarının da iştirakı istisna edilə bilməz”.
24-10-2024, 10:09
Ankarada terror: Ölənlərin sayı beşə çatdı, 22 yaralı var
29-10-2022, 12:16
Türkiyədə Respublika Günü qeyd edilir
3-01-2022, 13:51
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
19-12-2018, 14:25
Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
22-01-2022, 12:17
Rusiya və Ukrayna Türkiyənin vasitəçilik təklifini müsbət qarşılayıb - Ekspert danışır
18-11-2020, 11:17
Ərdoğan qanunu imzaladı - Türk hərbçilər Azərbaycana gəlir
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı