İnsanlar niyə bir-birini öpür? - MARAQLI FAKTLAR
Gündəm
Oxunub: 264
1 Ekm 2022 | 17:05
İnsanlar niyə bir-birini öpür? - MARAQLI FAKTLAR
İnsanların öpüşmə üsulu və öpüşməkdən əldə etdikləri məna müxtəlif mədəniyyətlərdə fərqli ola bilər. Bu halda öpüşmə hərəkətinin düşündüyümüz qədər universal olmadığını deyə bilərikmi?

Düşünürük ki, dünyada hər ana və uşaq bir-birinin yanağından öpür, ya da hər cütlük sevgilərini göstərmək üçün dodaqdan öpürlər. Ancaq öpüşmək düşündüyümüz qədər yayqın olmaya bilər.

capar.info xarici KİV-ə istinadən xəbər verir ki, 168 fərqli mədəniyyət üzərində aparılan araşdırmaya görə, cəmiyyətlərin yarısından azı dodaq-dodağa ilə öpüşməyə üstünlük verir.
Nevada Las Vegas Universitetindən William Jankowiak deyir ki, valideyn-övlad öpüşü və ya salamlaşma kimi hallar istisna olmaqla, dünyanın yalnız 46 faizi dodaq-dodağa öpüşlərindən romantik şəkildə istifadə edir.

İnsanların niyə öpüşməyə ehtiyacı olduğuna dair iki nəzəriyyə var...

Öpüşmə hərəkətinin körpə olanda anadangəlmə dodaq toxunuşunun olması ilə əlaqədar olduğu düşünülür. Ana südü ilə əlaqələndirə biləcəyimiz bu vəziyyət əslində hər kəs üçün bir refleks hərəkətdir.

Digər tərəfdən, anaların və uşaqlarının "premastik qida transferi" deyilən bir şeyə görə bağlandığına dair iddialar var. Buna görə də qədim zamanlarda analar yeməyi övladlarına verməzdən əvvəl öz ağızlarında çeynəyib, uşağa yeməli hala salırdılar. Beləliklə, ana ilə körpə arasında ağızdan ağıza inkişaf edən bir bağ yarandı.

Araşdırmaya görə, öpüş haqqında ilk yazılı məlumata 4 min il bundan əvvələ aid fars əlyazmalarında rast gəlinib. E.ə. V əsrdə Herodot yazıb: “Farslarda yüksək təbəqənin adamları öz təbəqəsindən olanları dodaqdan, daha aşağı təbəqələrdən olanları isə yanaqdan öpürdülər”.

Öpüşmək qədim romalılarda da dəb olub. Hamı – kişilər, qadınlar, tanışlar, uşaqlar hər yerdə - evdə, küçədə öpüşüblər. Dodaqlarına boya kimi ətirli maye sürtüblər ki, öpüş daha ləzzətli olsun. Azmaq dərəcəsinə çatan “öpüş epidemiyası”nın qarşısını isə imperator Tiberi alıb.

Öpüşmənin alternativ yolları var...

Görüşəndə öpüş sayı hər xalqda bir cürdür. Məsələn, ərəblər, farslar üç dəfə, amerikanlar, fransızlar iki dəfə yanaqlarını toqquşdururlar. Çinlilər ictimai yerlərdə, zəncilər isə ümumiyyətlə görüşəndə öpüşmürlər. Yapon və çinli cütlüklər evlənəndə öpüş əvəzinə bir-birilərinə və gələn qonaqlara baş əyirlər. Kambocada bəy burnunu gəlinin yanağına toxundurur. Eskimoslar burunlarını sürtüşdürürlər, indoneziyalılarsa pərdə arxasında öpüşürlər ki, heç kim görməsin.

Jankowiak deyir: "İnsanların öpmək istəməməsi və öpməməyi seçməsinin səbəbi emosional məmnuniyyətin öpüşməkdən başqa bir çox yolla qarşılanmasıdır".

Sheril Kirshenbaum isə deyir ki, dodaq-dodağa öpməyənlər intim olmağın başqa yollarını tapıblar:

“Darvinin təsvir etdiyi Malay öpüşündə qadınlar yerdə çöməlib, kişilər onların üzərinə əyilib bir-birlərinin qoxusunu içinə çəkirlər”.

Dünyada bir çox fərqli öpüş növlərinin olduğunu və öpüşmə hərəkətinin fərqli mənalar daşıdığını qəbul etsək belə, dodaqlarımızı sıxaraq öpmək insan davranışıdır.

Niyə dodaqdan dodağa öpürük? Digər tərəfdən, öpüşün təkamül məqsədi varsa, niyə daha çox heyvanın öpüşdüyünü görmürük?

Melissa Hogenboom 2015-ci ildə “BBC Earth” üçün bu suala cavab verib. Partnyorun üzünə yaxınlaşmağımızın səbəblərindən biri də onu yaxşı qoxulamaqdır.

Qoxu hər cür faydalı məlumatları aşkar edə bilər: pəhriz, xəstəliyin olması, əhval-ruhiyyə və qohumluq kimi bir neçəsini qeyd etmək olar. Bir çox heyvanın qoxu hissi bizdən daha çox inkişaf edib, ona görə də onlar yaxın olmaq məcburiyyətində deyillər.
5-11-2018, 18:36
Bakıda dodaq və damaq yarığı beynəlxalq konfransı olacaq
27-08-2020, 12:11
Dünyanı heyrətə gətirən ƏNƏNƏ: Müsəlman qadın kişinin çiyninə toxunub...
13-11-2020, 15:01
Koronavirusa yoluxma sayı arta bilər – HƏKİMDƏN XƏBƏRDARLIQ
26-11-2018, 12:49
"MedEra Hospital"dan növbəti şikayət: "Dodaqlarım əyridir, burnumdan qan gəlir" (VİDEO)
14-09-2022, 10:03
Uşaq evində böyüyən şəhidin Heydər Əliyevlə maraqlı
25-01-2022, 18:49
“Əgər bir əsərdə açıq-saçıq, yataq, qucaqlaşma, öpüşmə səhnələri varsa..."
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı