Ordusu məhv olan Ermənistan muzdlularla qalib gələcəyini düşünür
Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi, muzdlu döyüşçülərdən və "diaspor könüllüləri”ndən savaşda istifadə praktikasını indiki müharibəyə də tətbiq etməkdədir. Artıq dünya mətbuatının nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə bu barədə müxtəlif ölkələrdən müharibədə iştirak üçün Qarabağa gəlmiş döyüşçülərin öz dilindən xeyli informasiyalar var. "France 24”, "Reuters”, "Associated Press”, "Kommersant”, "Liberation” kimi nəşrlər də bu barədə yazılar dərc olunur.Əslində, Ermənistan rəsmilərinin tez-tez Azərbaycanı Suriyadan muzdlu terrorçuları döyüşmək üçün Qarabağa gətirməkdə ittiham etməsinin də məlum suçluluq psixologiyasından doğan "qabaqdangəlmişlik” olduğu üzə çıxır. Məsələn, "France 24”də dərc olunmuş materialda 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyanın muzdla Xocavənd istiqamətində döyüşdüyü öz əksini tapıb. Bundan başqa, Fransadakı erməni diasporunun başqa üzvlərinin də muzd qarşılığında Azərbaycana qarşı döyüşlərdə iştirak etdiyi məlum olur. Təkcə Fransadan deyil, dünyanın müxtəlif ölkələrindən erməni diaspor təşkilatlarının koordinasiyası əsasında həm erməni əsilli, həm də digər etnik mənsubiyyətləri olan xarici ölkə vətəndaşlarının Qarabağa gətirildiyi şübhə doğurmur.
Yeri gəlmişkən, böyük erməni icmasının məskunlaşdığı Livandan da Qarabağa döyüşməyə gələn muzdlular haqqında xeyli məlumat var. Livan vətəndaşı olan erməni əsilli opera müğənnisi Kevork Hacıyan döyüşlər zamanı ölüb. Ermənilərin yığcam yaşadığı Ancar bölgəsindən onlarla erməni Qarabağa gedib. Ancarlılar həmçinin külli miqdarda maliyyə vəsaiti toplayaraq Ermənistan ordusunun yardım fondlarına köçürüblər. Livan parlamentinin deputatı, ermənilərin bu ərəb ölkəsində fəaliyyət göstərən ən böyük siyasi partiyasının sədri Akop Baqratunyan da Livandan Ermənistana və Dağlıq Qarabağa gedən muzdluların olduğunu gizlətməyib. Ermənistanda xaricdən gələn muzdlulara təlim keçən hərbçi Karapet Ağacanyan da hazırda təlim keçdiyi təkcə bir qrupda 20 Livan vətəndaşı olduğunu bildirib. Ümumiyyətlə, paytaxt Beyrutdakı erməni kvartalında, Ancar bölgəsində ictimai ab-hava olduqca gərgindir və küçələrdə Azərbaycan və Türkiyə əleyhinə şüarların qraffiti təsvirlərinə, divarlara yapışdırılmış plakatlara rast gəlmək adi haldır. İqtisadi böhran və son partlayışdan sonra Livan ermənilərinin bir qismi Ermənistana üz tutub və Dağlıq Qarabağda qanunsuz şəkildə yerləşdirilib. Onların arasında da döyüşlərdə iştirak edənlərin sayı çoxdur. Vartkes onlardan biridir və o da müxbirlərə muzd qarşılığında döyüşdüyünü etiraf edib.
Bu arada Rusiya da döyüşlərdə iştirak edən muzdluların vətənləri arasındadır. Çeçenistan və Cənubi Osetiya müharibələrində təcrübə toplayan muzdlu kazaklar da Qarabağda vuruşur. Onlardan biri 1 500 ABŞ dolları qarşılığında Ermənistanın tərəfində silah tutduğunu boynuna alıb. Bundan başqa, "Kommersant” nəşri Rusiyadakı erməni diasporunun üzvlərindən döyüşçülərə təlim keçmək üçün Ermənistana yollanan Vahan adlı şəxslə müsahibə dərc edib. Onun dəstəsinin üzvlərinin də xeylisi Rusiya vətəndaşlarıdır. "Reuters” Ermənistan Müdafiə Nazirliyi rəsmisinə istinadən qeyd edir ki, aktiv hərbi əməliyyatlar başlayandan indiyədək ABŞ-dan Argentinaya qədər onlarla xarici ölkədən diaspora xətti ilə yüzlərlə muzdlu Qarabağa gəlib. Fransanın "Liberation” qəzeti isə ASALA terror təşkilatının üzvü olan 64 yaşlı Fransa vətəndaşı Gilbert Minasyanın cinayətkar qruplaşmasını da özü ilə birgə Qarabağa aparması barədə yazı dərc edib.
Bütün faktlar onu göstərir ki, Ermənistan müharibədə bütün resurslarla bərabər, ordunun canlı qüvvəsini də əhəmiyyətli dərəcədə itirib və əsgər qıtlığı mövcuddur. Kütləvi fərrarilik və vətəndaş itaətsizliyi də Ermənistanı belə qanunsuz yollara əl atmağa vadar edən amillərdəndir. Beynəlxalq hüquqa görə xarici ölkə vətəndaşlarının başqa ölkələrdə muzd qarşılığında döyüşlərə cəlb olunması cinayətdir. Bu cinayətin ortaqları təkcə muzdlular və Ermənistan dövləti yox, həm də vətəndaşları muzdlu qismində döyüşən ölkələrin hüquq-mühafizə orqanlarıdır. Öz vətəndaşlarının cinayətkar əməllərinə görə həmin ölkələr də məsuliyyət daşıyır və bir çox hallarda belə cinayətlərə göz yumulması, şüurlu şəkildə şərait yaradılması müşahidə olunur. Əks təqdirdə sosial şəbəkələr üzərindən açıq dəvət çağırışları edən, ödəniş şərtlərini açıq yazan, əlaqə vasitələrini də publik şəkildə paylaşan diaspor nümayəndələrinə qarşı hər hansı hüquqi tədbirlərin şahidi olardıq. Lakin Müzəffər Azərbaycan Ordusunun nizami bölmələri qarşısında Ermənistanın nizami silahlı qüvvələri dayana bilməyibsə, hər hansı başıpozuq muzdlu dəstələrə, terrorçu qruplara və qanunsuz silahlı birləşmələrə ümid bəsləmək əbəsdir. Azərbaycan haqq savaşını tezliklə zəfərlə başa vuracaq və Ermənistan bu kimi qanunsuz əməllərinə, hərbi cinayətlərinə görə gec-tez cavab verməli olacaq.
29-09-2020, 11:52
Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi
26-10-2020, 10:12
Ermənistan Dağlıq Qarabağa gətirdiyi PKK terrorçularına Azərbaycanın hərbi formasını geyindirir
2-10-2020, 15:06
Ermənistan Dağlıq Qarabağa girişi məhdudlaşdırdı
29-09-2020, 12:01
Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı
2-09-2020, 12:02
MN: Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər dezinformasiyadır
12-09-2020, 11:38
QHT rəhbərlərindən Minsk Qrupu həmsədrlərinə MÜRACİƏT
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı