Ələkbərovun sərvəti artdı - 4.6 milyard dollar
Dünya
Oxunub: 572
6 Ock 2019 | 14:38
Ələkbərovun sərvəti artdı - 4.6 milyard dollar2018-ci il bütün dünyada investorlar üçün son dərəcə təlatümlü olub. İqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində milyarderlərin çoxu xeyli pul itirib. Eyni zamanda, kataklizmlərə rəğmən, öz kapitalını artıranlar da az olmayıb. Amerikada çıxan “Forbes” jurnalı 2018-ci ildə sərvətinin miqdarı artmış və ciddi maddi itkilərlə üzləşmiş sahibkarların reytinqini tərtib edib.

Unikal.org xəbər verir ki, 2018-ci ildə öz kapitalını artırmış sahibkarların siyahısında “LUKoyl” şirkətinin baş direktoru Vahid Ələkbərovun da adı var. Keçən il onun sərvətinin dəyəri 4,6 milyard dollar artaraq 19,5 milyard dollara çatıb. “LUKolyl” şirkəti bildirib ki, 2018-ci ildə şirkətin gəlirinin kəskin şəkildə artması əsasən neftin və qazın qiymətlərinin artması və Rusiya rublunun zəifləməsi ilə bağlıdır. Onun səhmlərinin qiyməti 29 faiz artıb.

Amerikalı sahibkar, “Amazon.com” internet şirkətinin rəhbəri və banisi Ceff Bezos öz sərvətini 27,9 milyard dollar artırıb. 2018-ci ildə “Amazon” həm Türkiyə və Hindistan kimi inkişaf etməkdə olan ölkələrin bazarlarında mövqeyini genişləndirib, həm də rekord məbləğdə mənfəət əldə etdiyini, Nyu-Yorkda və Arlinqtonda (Virciniya ştatı) özünün ikinci qərargahını açdığını bildirib. Sentyabr ayında “Amazon” şirkətinin səhmlərinin dəyəri rekord səviyyəyə çatıb. Lakin o vaxtdan bəri satışın həcmi gözlənildiyindən aşağı olub və bu səhmlər təqribən 25 faiz ucuzlaşıb. Bununla belə, səhmlərin dəyəri keçənilki ilə müqayisədə hələ də 30 faiz yuxarıdır. Ceff Bezosun sərvətinin dəyəri 126,2 milyard dollar həddindədir.

Yaponiyalı biznesmen, “Fast Retailing Co.” şirkətinin banisi və prezidenti Tadaşa Yanayanın sərvətinin dəyəri 7 milyard dollar artıb və hazırda 27,1 milyard dollar səviyyəsindədir. “Uniqlo” ticarət şəbəkəsinin baş şirkəti “Fast Retailing Co.”nun səhmləri 2017-ci ilin dekabr ayından bəri təqribən 33 faiz bahalaşıb. “Uniqlo”nun məhsullarının beynəlxalq bazarlarda satış həcmi də sevindiricidir: bu göstərici ilk dəfə olaraq Yaponiyadakı satış həcmindən çox olub.

Amerikalı sahibkar və ictimai xadim, “Microsoft” şirkətinin banilərindən biri və əvvəllər onun ən böyük səhmdarı olmuş Bill Qeytsin sərvəti 2018-ci ildə 2,9 milyard dollar artıb. Qeyts “Microsoft” şirkətinin rəhbəri vəzifəsini çoxdan tərk etdiyinə və orada öz payının çox hissəsini satdığına baxmayaraq, proqram təminatı istehsalı üzrə ən iri transmilli korporasiyalardan biri olan “Microsoft” ona hələ də sanballı gəlir gətirməkdə davam edir. Hazırda Bill Qeytsin sərvəti 93,9 milyard dollar həddindədir.

Amerikalı mühəndis, sahibkar, ixtiraçı və investor İlon Mask 2018-ci ildə öz sərvətinin dəyərini 2,8 milyard dollar artıraraq, 22,5 milyard dollara çatdırıb. 2018-ci ildə Maskın tvittləri onun üçün xeyli problem doğurub, o cümlədən 20 milyon dollar həcmində SEC cəriməsi ödəməli olub. Buna baxmayaraq, “Model 3” elektromobilinin satışı sayəsində “Tesla” şirkətinin səhmləri ötən ili müsbət nəticə ilə başa vurub
19-12-2018, 14:22
Yanvar-noyabrda Azərbaycandan MDB ölkələrinə 1 milyard dollar dəyərində məhsul ixrac olunub
6-01-2019, 14:33
2018-ci ildə Azərbaycan Türkiyədən müdafiə və aviasiya sənayeləri məhsullarının idxalını 86 faiz artırıb
14-12-2018, 13:13
Podratçıları Azərbaycanda 11 milyard dollara yaxın məbləğdə sifariş yerinə yetirib
3-12-2018, 11:34
Neftin qiyməti 5% artıb
22-12-2018, 15:15
Neftin qiyməti ucuzlaşır
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı