Azərbaycanda yoluxma pik həddə çatdı - SMS icazə bərpa edilir?
Cəmiyyət
Oxunub: 416
17 Kas 2020 | 10:50
Azərbaycanda yoluxma pik həddə çatdı - SMS icazə bərpa edilir? Azərbaycanda koronavirusa yoluxma pik həddə çatıb. Belə ki, gündəlik yoluxma 2 mininin üzərində, gündəlik ölüm sayı isə 20-dən yüksəkdir. Belə ki, noyabrın 15-də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 2229 yeni yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 21 nəfər vəfat edib. Hazırda ölkədə aktiv xəstə sayı 20 min nəfərə yaxınlaşır. Bu, pandemiya başlanan gündən bu yana Azərbaycanda müşahidə olunan ən yüksək göstəricidir. Səhiyyə sistemi və iqtisadiyyatımızın bu durum qarşısında nə qədər tam gətirəcəyini demək çətin olsa da, hazırda insanların sərt karantin rejiminə keçid narahat edir. SMS icazə sisteminin bərpası da bu cür davam edərsə, qaçılmaz ola bilər.
Baş infeksionist Təyyar Eyvazov deyib ki, hazırda koronavirusla bağlı stabil vəziyyət yoxdur: "Ötən ayın ortalarından başlayaraq koronavirusla yoluxma halları artmaqda davam edir. Yoluxma halları bizdən qabaq başlayan ölkələrdə də stabilləşmə müşahidə olunmur. Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq. Pik nöqtəyə çatanda yoluxma sayları yüksək rəqəmlərlə davam edəcək, xəstəlikdən sağalanların sayı da artacaq. Bir müddət bu stabilləşmə dövrü davam edəcək, ondan sonra karantin tədbirlərinin lazımi səviyyədə yerinə yetirildiyi təqdirdə azalmalar olacaq. Nə vaxt olacağını demək çətindir.Yəqin ki, noyabrın sonları və dekabr ayı bu suala müəyyən aydınlıq gətirər. Proqnoz vermək çətindir”.
Tibb elmləri doktoru Adil Qeybulla "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bütün dünyada koronavirusa yoluxmada artım nəzərə çarpır: "Bu, artıq virusun mutasiyaya uğraması və ikinci mərhələnin başlamasına işarədir. Ekspertlər bunu ikinci mərhələ kimi qeyd edirlər. Artım var və virusun xəstəlik törətmə qabiliyyəti aşağı düşsə də, yoluxuculuq qabiliyyəti yüksəlib. Ona görə də yoluxma potensialı çoxdur. Azərbaycanda bir tərəfdən Vətən savaşının yaratdığı coşqunun fonunda karantin qaydalarına əməl edilmədi, pandemiya arxa plana keçdi, insanlar onu iqnor etdilər, rayonlara gediş-gəliş çox asanlaşdı, bu prosesə nəzarətin aradan qalxması bütünlükdə böyük bir yoluxma riski və şəraiti yaratdı. Bu gün rayonların əksəriyyətində insanlar kütləvi şəkildə koronavirusa yoluxurlar. Evlərdə qızdırma ilə yatan həddindən artıq çox ailələr var. Onların əksəriyyəti testdən keçmirlər, müraciət etmirlər, bəzən heç müalicə də olunmurlar. Sadəcə, evdə yataq rejiminə keçib xalq təbabəti ilə özlərini sağaltmağa çalışırlar. Bunlar hələ rəsmi yoluxma sayılmır və o hesabata daxil deyil. Elan olunan rəqəmlər sadəcə test olunmuş rəqəmlərə aiddir. Bu baxımdan epidemioloji vəziyyət göründüyündən daha ciddidir. Ona görə də diqqətli olmaq lazımdır”.
Doktorun sözlərinə görə, yoluxma dairəsi və sıxlığı o şəkildədir ki, biz artıq kollektiv immunitetə gedirik: "Əgər əhalinin 70 faizi bir populyasiyada xəstələnərsə, bu, artıq kollektiv immunitetin formalaşması deməkdir. Bu virusun yanvarın sonuna qədər zəifləməsi gözlənilir. Ancaq soyuqdəymə xəstəlikləri hələ bir müddət qalacaq. Bunların ümumi əlamətləri də var. Qızdırma, halsızlıq, boğaz ağrısı , təngənəfəslik, oynaq ağrıları hər iki xəstəlikdə, həm soyuqdəymədə , həm də COVİD-də var. Koronavirusla bu mövsüm xəstəliklərinin differensasiya məsələsi də var. Onları fərqləndirmək üçün çox diqqətli olmaq lazımdır, hansısa COVİD əlamətləri hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır. Çünki onlar diaqnozu daha dəqiq qoya bilərlər”.
Ölkə iqtisadiyyatının müharibə və karantin rejimindən zəiflədiyi bir vaxtda, yenidən sərt karantin rejiminə keçmə ehtimalından danışan tibb elmləri doktoru bildirdi ki, epidemioloji vəziyyətin ağırlaşması hökuməti buna məcbur edə bilər: "Ancaq hesab edirəm ki, mümkün qədər sərt karantinə getməmək lazımdır. İnsanların indiki durumunda bu psixoloji baxımdan ağır olardı. Bu cür addımlara gedilsin. Artıq maska taxmaq bir mədəniyyət nümunəsinə çevrilməlidir. Soyuqdəymə xəstəlikləri zamanı da maska taxmaq vacibdir. Aylarla maskada gəzmək çətin olduğu üçün insanlar artıq azadlığa çıxmaq istəyirlər. Bu proses üçün gərək özümüzü qoruyaq, 1-2 ay vaxt lazımdır ki, virus zəifləsin və sıradan çıxsın”.
Peyvənd məsələsinə gəlincə, A.Qeybulla bildirdi ki, bu məsələyə ümid bağlamaq əbəsdir: "Hələ ki yalnız Rusiyanın vilurentlliyi zəiflədilmiş peyvəndi var. Bu viruslar müasir texnologiya ilə alınmayıb. Çünki Rusiyada o texnologiya yoxdur. Hazırda virusun antigenini ayırmaq, ona qarşı immunitet yaratmaqdan ibarətdir ki, bu effektiv vasitədir. Hazırda bu cür peyvəndlər ortada yoxdur. Rusiya vaksini ilə bağlı ortada birmənalı rəy yoxdur. Digər bir peyvənddən isə məsələn, Almaniya əhalisi istifadə etdi. O zaman bütün dünya necə olacaq? Koronavirus tənəffüs yolu ilə yayıldığı üçün bütün dünyada populyasiyaların ən azı 70 faizi peyvənd olunmalıdır. Ancaq bu hələ ki baş tutmur”.
18-04-2020, 20:23
Azərbaycanda koronavirusa 33 yoluxma faktı qeydə alınıb, 62 nəfər sağalaraq evə buraxılıb
31-08-2020, 17:10
Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxub, 144 nəfər sağalıb
10-04-2020, 10:45
Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb
10-08-2020, 12:12
Son bir həftədə koronavirusa yoluxma sayı belə azaldı
23-10-2020, 10:29
Dünyada koronavirusa sutkalıq yoluxmada antirekord qeydə alındı
9-04-2020, 17:36
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlandı: 1 nəfər ölüb, 39 nəfər sağalıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı