Səhər yeməyi vacibdirmi?
Cəmiyyət
Oxunub: 507
13 Eyl 2020 | 11:27
Səhər yeməyi vacibdirmi? Səhər yeməyi günün ən vacib yeməyidir. Vaxt azlığı, iştahanın olmaması səbəbindən səhər yeməyindən imtina edilməməlidir. Unutmayın ki, balanslı bir səhər yeməyi sağlam həyat tərzi keçirmək üçün vacib şərtdir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Nərgiz Ağayeva tərəfindən səhər yeməyi barədə hazırlanan məqalədə bildirilib.
e-tibb.az mütəxəsssin məqaləsini təqdim edir:
Səhər yeməyi beyinin işini gücləndirir, xüsusilə məktəbli uşaqlarda bu daha önəmlidir. Araşdırmalara görə, səhər yeməyi uşaqların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir. Səhər yeməyi yeyən uşaqlar və böyüklər ondan imtina edənlərdən daha çox lif, kalsium, A və C vitaminləri, riboflavin, sink və dəmir alırlar. Hətta çəki artımından ehtiyatlanan insanlarda belə səhər yeməyi sağlam çəkidə qalmağı təmin edir. Səhər yeməyi bədənə gümrahlıq verir, ürəyin fəaliyyətinə, həzm sisteminin funksiyasına, sümüklərə faydalı təsir göstərir, tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır. Səhər yeməyini istehlak etməyən insanlarda qanda xolesterinin (ürək xəstəlikləri risk faktorlarını yaradan) miqdarı daha yüksək olur. Məlumdur ki, yulaf qarışığındakı, dənli bitki tərkibli çörəkdəki liflər xolesterinin səviyyəsini aşağı salır.
Faydalı səhər yeməyi sağlam sümüklər üçün vacib olan qidaları ehtiva edir. Məsələn, ən çox istifadə olunan süd kalsium, D vitamini və zülallarla zəngindir. Beynəlxalq Qida İnformasiya Şura Fondunun (İnternational Food İnformation Council Foundation) məlumatına əsasən, hətta günə ənənəvi olaraq taxıl və süd məhsulları ilə başlayan insanların orqanizminə kalsium yeddi dəfə daha çox daxil olur. Aparılan son tədqiqatlar göstərdi ki, süd və dənli bitkilərdən hazırlanan səhər yeməyi orqanizmdə insulinin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Süd tərkibli məhsullar, meyvələr, arpa, buğda, qarabaşaq bitkilərindən hazırlanmış çörəklər və bu kimi səhər yeməkləri metabolik sindrom riskini azaldır.
Beləliklə, sağlam səhər yeməyi gün boyu sərf edəcəyimiz enerjini artırmaq üçün olduqca faydalıdır. Eyni zamanda düzgün və balanslı səhər yeməyi gün ərzində orqanizmi vacib olan qida maddələri ilə təmin etməklə diqqəti və yaddaşı yaxşılaşdırır, sağlam bədən kütləsini qoruyur.
Səhər yeməyi sağlam qidalanmanın əsas amillərindən biri olduğundan qida rasionuna aşağıdakılar mütləq daxil edilməlidir:
- Bütün dənli bitkilər – tərkibi az şəkərli, lifləri çox olan taxıl və yulaf unu, buğda tərkibli tostlar və ya buğda simitinin ½ hissəsi
- Yağ və zülal - yerfındığı yağı, kərə yağı, quru meyvələr, zeytun yağı, qaynadılmış yumurta və ya yağsız ət
- Süd məhsulları – süd, az şəkərli yoğurt, kəsmik, müxtəlif pendir növləri
- Meyvə-tərəvəz – təzə və ya dondurulmuş meyvələr, 100 %-li şəkərsiz meyvə şirələri və ya smuzi (süd, buz, dondurma əlavə edilərək giləmeyvə, meyvə və ya tərəvəzlərin blenderlə qarışığı)
Səhər yeməyi gün ərzində aclığı tənzimlədiyindən heç olmasa 1 stəkan süd və ya qablaşdırılmış halda deyil, təzə portağal şirəsi içmək, dənli bitki tərkibli undan hazırlanmış çörəyin üzərinə az miqdarda yağ çəkərək istehlak etmək, bişmiş yumurta yemək vacibdir. Hətta alma, armud və ya bananın qəbul olunması faydalıdır.
Beləliklə, gün boyu enerjili, gümrah və sağlam olmaq istəyirsinizsə, səhər yeməyindən heç bir halda imtina etməməlisiniz.
11-12-2018, 13:36
Müğənni Elnarə: "Onların artığı ilə dolanıram" - VİDEO
12-01-2019, 13:25
Bülbüloğlu Lavrovun təşkil etdiyi görüşə qatıldı
31-01-2020, 11:01
Səhər yeməyindən əvvəl bu dəmləməni için. Arıqlamaq üçün sadə üsul
4-02-2020, 12:40
Hər gün çiy soğan yemək üçün 10 MÜHÜM SƏBƏB
24-01-2019, 12:56
Gün ərzində 30-50 qram qoz-fındıq yeyilməsi orqanizmə faydalı təsir göstərir
25-12-2018, 14:47
Neymarın uşaqlıq arzusu - Peçenye fabriki
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı