“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi” - Çingiz Abdullayev
Cəmiyyət
Oxunub: 467
28 Ağu 2020 | 16:47
“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi” - Çingiz Abdullayev “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovun Antalyada qətlə yetirilməsi səs-küysüz ötüşməyib. Artıq bir neçə gündür ki, insanlar ölkənin siyasi sferasında baş verən hadisələrlə yanaşı, kriminal mövzunu da gündəmdən saxlayırlar. Hətta YouTube trendinin ilk sıralarında uzun müddətdir ki, Lotu Quli ilə bağlı videolar yer alır.
Maraqlıdır, insanların kriminal avtoritetlərə böyük maraq göstərmə səbəbi nədir?
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu tip mövzulara böyük simpatiya ola bilməz. Kriminal avtoritetlərə hazırkı marağın səbəbi isə məsələ ətrafında çoxlu yazıların yazlmasıdır:
“Həm mətbuat, həm sosial şəbəkələr o qədər yazıb ki, hər kəs bunu oxuyub bilmək istəyir. Amma böyük bir simpatiya ola bilməz. Çünki hələ 90-cı illərdə ümummilli lider Heydər Əliyev sabiq daxili işlər naziri Ramil Usubova göstəriş vermişdi ki, Azərbaycanda kriminal avtoritet qalmamalıdır. Bunu mənə nazir özü danışıb. Deyiləni yerinə yetirdilər və o vaxtdan Azərbaycanda kriminal avtoritetlər qalmayıb. Ona görə də hazırda bu barədə nə qədər çox yazılsa, o qədər də maraq olacaq. Bu, elə mövzudur ki, hamıda maraq oyadır, Sovet vaxtında da belə maraq olub. İntriqalar insana maraqlı gəlir, düşünürlər ki, görəsən, hansı səbəblə, necə baş verib?! Xüsusi bir dünyadır və bu dünya insanları cəlb edir. Amma hər kriminal əhvalatların arxasında insanlar durur, faciələr dayanır”.
Çingiz Abdullayev qeyd edib ki, bəzən insanlar özləri də istəmədən mövzunu reklam edirlər:
“Bu kimi təbliğatlar olanda qız və oğlanlar fikirləşir ki, bunların həyatı çox gözəldir, hər kəs onlardan qorxur, heç nə etmirlər, amma çox yaxşı yaşayırlar... 1990-cı illərdə Rusiyada sorğu keçirəndə qızların 70 faizi fahişə, oğlanların isə 70 faizi killer olmaq istədiklərini bildirirdilər. “Sən kim olmaq istəyirsən?”,- deyə sual verilirdi, qızlar deyirdi ki, mən “valyutnı” fahişə olmaq istəyirəm. Axı belə olmaz. Mən hər kitab yazanda birinci növbədə kitabın insanları yaxşılığa çağırmasına fikir verirəm”.
Həmsöhbətimiz kriminal mövzuya iki cür yanaşmanın olduğunu vurğulayıb:
“Bəziləri belə mövzulara toxunur ki, sensasiya olsun, tirajları artsın. Bəziləri isə bunları tənqid etmək məqsədi ilə yazırlar, bildirirlər ki, bu yolun sonu faciədir, belə olan halda, onlar cəmiyyətə yaxşı mesaj ötürür. Mənim kitablarım niyə 32 dilə tərcümə olunub? Hamısı dəli deyillər ki... Deyək ki, Azərbaycanda mənlə maraqlanırlar, bəs Argentina, yaxud Çində niyə məni oxuyurlar?Ona görə ki, mən insanları tərbiyə etməyə çalışıram. İnsanlara Allahın var olduğunu göstərmək istəyirəm. Bəziləri isə insanı iblis olmağa çağırır”.
13-08-2020, 11:49
“Lotu Quli”nin adamları bu ölkədə həbs olundu
16-07-2020, 16:00
“Lotu Quli”ni öldürmək istəyənlər azadlıqda!
27-12-2018, 13:42
“Lotu Quli” ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA
26-08-2020, 16:27
Rusiyanın bu vilayətləri Qulinin qardaşının nəzarətinə keçir
7-07-2020, 12:21
Antalyada "oğru" toplantısı: "Şakro" ilə bağlı nə qərar verildi?
18-08-2020, 14:56
Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat başladı, saxlanılanlar var
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı