Balıq yağı və ürək sağlamlığı
Harvard Tibb Məktəbi balıq yağı ilə ürək xəstəlikləri arasındakı əlaqəyə dair məqalə dərc edib. Dərc olunan məqaləyə əsasən, təqribən iyirmi il müddətində Amerika Kordioloji Assosiasiyası (AHA) ürəyin işemik xəstəliyi olan xəstələrə ürək tutmasının qarşısını almaq üçün Omeqa-3 yağ turşularını (balıq və balıq yağında olan yağ turşularının növləri) istehlak etməyi tövsiyə edib.Bu tövsiyə balıq yağı əlavəsinin ürək xəstəliyi diaqnozu qoyulmuş insanlarda insult, ürək tutması və ölüm hallarının daha aşağı tezliyi ilə əlaqəli olduğunu göstərən tədqiqatlara əsaslanıb. Digər tərəfdən, balıq yağı əlavələrinin ilk ürək tutması və ya insultun qarşısını almağa təsiri (ilkin profilaktika) heç vaxt açıq şəkildə nümayiş etdirilməyib.
Bu yaxınlarda balıq yağı və ürək sağlamlığı arasındakı mürəkkəb əlaqələri araşdırmaq üçün böyük təcrübələr keçirildi.
Nəticələr mübahisəli və bir qədər çaşdırıcı oldu. Bu isə xəstələri olduğu kimi, həkimləri də düşünməyə məcbur edir:
Balıq yağı olan əlavələr ürək xəstəlikləri riskini azaldırmı?
Balıq yağı ilə ürək sağlamlığı arasında hansı əlaqə var?
Balıq yağında olan Omeqa-3 yağ turşuları ürək sağlamlığını necə təmin edə bilər?
Heyvanlar üzərində aparılan təcrübələr qoruyucu aspektlərin bir çoxunu təsdiqlədi. Bu qoruyucu mexanizmlərinə daxildir:
- ürək və ətrafında qan axınının sabitləşməsi
- qanda triqliseridlərin səviyyəsinin azalması
- arterial təzyiqin azalması
- qan laxtalanmasınını qarşısının alınması
- iltihabın azalması.
Bütün bəndlərin öyrənilməsinə dair araşdırmalar davam edir.
Çoxsaylı araşdırmalar və fərqli nəticələr.
Heyvanlar üzərində əldə olunan bu məlumatlarına baxmayaraq, insan üzərində aparılan klinik tədqiqatlar heç də həmişə balıq yağı əlavələrinin qoruyucu faydalarını təsdiqləmir.
“JAMA Cardiology” ürək-damar xəstəliyi riski yüksək olan insanlarda ürək tutması və insult kimi ürək-damar xəstəliklərinin (ürək-damar xəstəlikləri) profilaktikasında balıq yağı əlavələrinin aşkar faydalarını müəyyən etməyən bir meta-analiz dərc edib.
Bunun ardınca hər ikisi qarışıq nəticələr verən ASCEND və VITAL tədqiqatlarının yayımlanması gəldi.
Aşkar edilmiş ürəyin işemik xəstəliyi olmayan diabet xəstələrini müayinə edən ASCEND tədqiqatının nəticəsi balıq yağı əlavələrinin infarkt və ya insultu azaltmadığını, lakin infarkt və insultdan ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını göstərib.
VİTAL tədqiqatının nəticəsi mütəmadi ürək-damar xəstəliyi riski olan insanlarda balıq yağının ilkin profilaktikaya təsirini göstərdi, nəticədə, bütün əsas ürək-damar hadisələrində ciddi azalmanın olmadığı aşkarlandı.
Bununla yanaşı, balıq yağı əlavəsi qəbul edən tədqiqat subyektlərində, xüsusən balıq yeməyən şəxslərdə ürək tutması sayı azalıb.
REDUCE-IT tədqiqatının nəticəsi yüksək dozada balıq yağı əlavəsinin qanında triqliseridlərin səviyyəsinin yüksək olduğu ürək-damar xəstəliyi riski artan insanlara təsirini göstərdi. Əvvəlki sınaqlardan fərqli olaraq, REDUCE-İT yüksək dozada balıq yağı əlavəsi qəbul edən tədqiqat subyektləri arasında ürək-damar hadisələrinin əhəmiyyətli dərəcədə azaldığını müəyyən etdi.
Əksər araşdırmalar 1 qram və ya daha az balıq yağının eikosapentaenoik turşusu (EPA) və dokozaheksaenoiklə (DHA) kombinasiya ilə aparıldığı halda, REDUCE-IT yalnız 4 qram EPA dozasından istifadə edib. (REDUCE-IT-də istifadə olunan EPA balıq yağı əlavəsinin resept versiyası olan “Vascepa”, FDA tərəfindən 500 mq / dl və ya daha artıq olan çox yüksək trigliseridlər səviyyəsinin müalicəsi üçün təsdiq edilib.
2019-cu ilin noyabrında FDA “Vascepa” ilə bağlı öz təsdiqini genişləndirdi, hansı ki, ürək tutması və insult kimi ürək-damar hadisələri riskini azalatmaq üçün də yazıla bilər.)
2019-cu ilin oktyabrında Amerika Kardioloji Assosiasiyasının jurnalında ilkin 10 tədqiqat əvəzinə bu dəfə 13 tədqiqatın daxil olduğu təkrar “JAMA Cardiology” meta-analizinin nəticələri dərc olundu.
Bu üç tədqiqatın əlavə edilməsi tədqiqatın ölçüsünü 77 917 iştirakçıdan 127 477 iştirakçıya qədər demək olar ki, 65% artırdı. Genişləndirilmiş məlumatları yenidən təhlil edən tədqiqatçılar Omega-3 balıq yağı ilə əlavələrin ürək tutması və ürəyin işemik xəstəliyindən ölüm riskini azaltdığını müəyyən etdilər. Burada insulta heç bir təsir olmayıb. Maraqlıdır ki, riskin azalması, görünür, omeqa-3-ün dozası ilə birbaşa bağlıdır. Başqa sözlə doza nə qədər arıtqdırsa risk o qədər azalır.
Bu bizim üçün nə anlama gəlir?
Balıq yağından Omeqa-3 əlavəsi ürək üçün faydalıdır və ürəyin işemik xəstəliyinə qoruyucu təsir göstərir. Ancaq biz əlavələr axtarmağa başlamazdan əvvəl bəlkə də ürək üçün AHA tövsiyələrinə uyğun olaraq balıq kimi pəhriz zülalı, təzə meyvə və tərəvəzlərlə dolu sağlam pəhrizə əməl etmək gərəkdir. Ən çox riskə məruz qalanlar, xüsusən trigliseridlərin səviyyəsi yüksək olanlar həkimlə yüksək dozada EPA ilə balıq yağı əlavələri barədə danışmalıdır.
2-01-2019, 12:23
Balıq yemək uşaqlarda intellektin artmasına səbəb olur
22-11-2018, 13:56
Kür çayında icazəsiz balıq ovlayan şəxs saxlanıldı
22-12-2018, 15:10
Bakıda I Azərbaycan-Türkiyə ürək-damar cərrahiyyəsi konfransı təşkil edilib
30-12-2018, 15:58
Qazaxıstan sərhədçiləri Xəzərdə azərbaycanlı balıqçılara ATƏŞ AÇDI - XƏSARƏT ALAN VAR
17-01-2020, 11:07
Qoşqar Təhməzli “Bizim Market”də 12 ton saxta yağ aşkarlanmasından danışdı: “Bu, cinayət faktıdır”
24-01-2019, 12:56
Gün ərzində 30-50 qram qoz-fındıq yeyilməsi orqanizmə faydalı təsir göstərir
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı